"Məhəbbət olmasa, sevgi olmasa" | Sevgiyə aid mənalı şeir

 
Hər zaman ucadır sevginin adı,
Sevgidən yaranıb Adəm övladı.
Qırılar insanın qolu-qanadı,
Məhəbbət olmasa, sevgi olmasa.

Ulduzlar sayrışıb, axmayacaqdır,
Oğlanlar qızlara baxmayacaqdır.
Bəlkə də bu dünya olmayacaqdır,
Məhəbbət olmasa, sevgi olmasa.


Hər zaman eşqini anır sevənlər,
Hərdən gah odlanır, yanır sevərlər.
Dünyanı sevənlər qara görərlər,
Məhəbbət olmasa, sevgi olmasa.


Nə yağışlar yağar, nə günəş doğar,
Hər yağan yağışda bir məhəbbət var.
Doğulmaz ürəkdə, qəlbə arzular,
Məhəbbət olmasa, sevgi olmasa.


Məhəbbət yaşamaq, sevgi həyatdı,
O, sirri açılmaz bir kainatdı.
İndi nə biz vardıq, nə bəşər vardı,
Məhəbbət olmasa, sevgi olmasa.

«Məhəbbət olmasa, sevgi olmasa» şeiri

Müəllif: Anar Məcidzadə

"Məhəbbət olmasa, sevgi olmasa"  | Sevgiyə aid mənalı şeir

 

0 şərh